Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. "Report" BBC-yə istinadən xəbər verir ki, onlardan 29 nəfəri uşaqdır.
Daha əvvəl polis komissarı müavini Məhəmməd Usman yaralananların sayının 190-na çatdığını bildirmişdi.
Bu terror hücumuna görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
Lahordakı bütün xəstəxanalar gücləndirilmiş rejimdə çalışır. Regionda təhlükəsizliyi təmin etmək üçün ordu işə salınıb.
* * *
Ötən gün Pakistanın Lahor şəhərində törədilən terror aktına görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters"ə istinadən RİA "Novosti" məlumat yayıb.
Terrorçu-kamikadzenin insanların sıx olduğu uşaq parkı yaxınlığında özünü partlatması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 65 nəfər ölüb, 280 nəfər yaralanıb.


Şərhlər