Menu

İctimaiyyət Gürcüstan hökumətinin "Qazprom"la danışıqlarından narahatdır

28.03.2016, 09:36

Qazprom-mainGürcüstan ictimaiyyəti yerli hökumətin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlardan narahatdır. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın ictimai elmlər institutunun (GIPA) beynəlxalq əlaqələr üzrə eksperti, professor Tornike Şaraşenidze Tbilisidə keçirilən ictimai dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, ictimaiyyət danışıqların qeyri-şəffaflığından narahatdır. "Hələ də məlum deyil ki, tərəflər hansı məsələləri müzakirə edir", - deyə o qeyd edib.

Ekspert bildirib ki, narahat olmağa səbəb var: "2005-ci ildə "Qazprom" Gürcüstan üçün qiymətləri artırdı. 2006-cı ilin əvvəlində isə Şimali Qafqazda qaz kəməri partladıldı. Söhbət Rusiyadan Gürcüstana qaz nəql edən kəmərdən gedir. Həmin kəmərin təmiri sona qədər aparılmadı. Bu, ona səbəb oldu ki, Gürcüstan Azərbaycan-Türkiyə enerji dəhlizinə qoşuldu".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol