Menu

Məktəbliləri daşıyan mikroavtobus qəzaya uğradı: 10 yaralı - Polis təkzib edir

28.03.2016, 11:13
Məktəbliləri daşıyan mikroavtobus qəzaya uğradı: 10 yaralı - Polis təkzib edir

Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən report-a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb.

"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.

Sabunçu Rayon Polis İdarəsindəm lent.az-a bildirilib ki, dünən səhər saatlarında belə bir hadisə baş verməyib, xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol