Menu

Brüssel terrorçusu sərbəst buraxıldı

28.03.2016, 21:44
Brüssel terrorçusu sərbəst buraxıldı

Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən Feysəl Şəffunu azadlığa buraxılıb.Azvision.az -ın məlumatına görə, bu barədə Brüssel Prokurorluğu qərar qəbul edib.

Məlumata görə, şübhəli şəxsi həbs etmək üçün kifayət qədər sübut olmadığına görə sərbəst buraxılıb.

Xatırladaq ki, 22 mart tarixində Brüsseldə 4 partlayış törədilib. Terakt nəticəsində 34 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

İŞİD terrorçusunun Türkiyədə həbs edildiyi və Belçikaya deportasiya edildiyi məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol