Bu gün yerli KİV-in təqdim etdiyi bir informasiya diqqətimi çəkdi və əməlli-başlı əsəbləşdim. Məlumat verilir ki, talış xalqının bir qrup nümayəndəsi Belarusda toplaşıb və erməni alimələri ilə birləşərək bir «akademiya» yaradıblar və s. Amma məlumat elə təqdim olunub ki, guya azərbaycanlılar birləşib ermənilərlə birgə akademiya yaradıblar - belə olmaz yahu!
Təqdimatdan belə çıxır ki, artıq azərbaycanlılar ermənilərlə barışıb, Qarabağ problemi yaddan çıxıb və innən belə bu «akademiyanın alimləri» azəri və erməni xalqını dostluğa səsləyən iri həcmli elmi əsərlər yazıb, mahnılar bəstələyəcəklər, məsələn «qardaş olub hayastanla Azərbaycan» kimi...
Belə deyil axı, qardaşlar! Görəsən, belə təqdimatı sərgiləyənlər hansı məqsədə xidmət edirlər?
Əslində isə məsələ tamam başqa cürdür - Belarusda yaşayan bir qrup Azərbaycan talışı (Azərbaycan vətəndaşı və ya əvvəllər Azərbaycan vətəndaşı olmuş) erməni ilə xaincəsinə işbirliyi qurub və Azərbaycanın ünvanına iftiralar yağdırmaqla məşğuldur! Bunu belə təqdim etsəydik, Yer kürrəsi məhvərindən sapardı?!
Sözümün canı odur ki, «sapıtma» başlıqlarla bir qrup talışın xəyanətini pərdələməklə heç nə əldə etmək mümkün deyil. Əksinə, hər şeyi öz adıyla yazıb, «Bir qrup Azərbaycan talışı Belarusda ermənilərlə birgə akademiya yaradıb» desək, Azərbaycanın hər bir vətəndaşı (azəri də, talış da) bilərdi ki, vəziyyət nə yerdədir - kim, kimdir...
Məsələ burasındadır ki, bu epizod «erməniyə talış xidməti» göstərildiyinin yeganə təzahürü deyil. Məsələn, bu yaxınlarda (martın 4-də) eadaily.com saytında vaxtilə Əlikram Hümbətovun silahdaşlarından olmuş Fəxrəddin Abaszoda adlı bir talış «Dərbənd - əlimizdən alınmış Azərbaycan torpağı» başlıqlı bir məqalə dərc etdirib. Bu talışın yazdıqlarından belə çıxır ki, Dərbənd Azərbaycan torpağı yox, erməni torpağı olub (imkan yaranan kimi həmin məqalənin tərcüməsini hörmətli oxucuların mühakiməsinə təqdim edəcəm) və s.
Maraqlıdır, bu talışa nə düşüb ki, erməniyə quyruq balamağa («erməniyə talış xidməti» göstərməyə) girişib? İndi deyirsiniz bunları gizlədək - «erməniyə talış xidməti»ndən insanlarımızın xəbəri olmasın? Xeyir, belə yaramaz - hər şeyi öz adı ilə çağırmağa məhkumuq. Kimin xoşuna gəlmirsə, qoy Kürün «tərtəmiz» suyundan bir stəkan nuş eləsin...
Mirzə AĞ
AzPolitika.info


Şərhlər