Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqton səfərində amerikalı həmkarı Barak Obama ilə görüşəcək.Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın özü ABŞ-a səfər öncəsi bildirib.
Xatırladaq ki, “The Wall Street Journal” dünənki xəbərində Obamanın Ərdoğanla görüşdən imtina etdiyini yazmışdı. Nəşrin yazdığına görə, 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək Ərdoğan Obamanın əvəzinə ABŞ-ın vitse-prezidenti Cozef Bayden görüşəcək. “The Wall Street Journal” Obamanın sammitdə yalnız bir nəfərlə, Çin lideri Si Szinpinlə görüşməyi planlaşdırdığını bildirmişdi.
Bu xəbər Rusiyada böyük sevinc hissi ilə qarşılanmışdı. Türkiyə prezidentini Rusiyanın az qala “1 nömrəli düşməni” elan edən ruslar “Obamadan Ərdoğana tərs sillə” başlıqlı xəbər yaymışdılar.


Şərhlər