Menu

Murad Karayılan etiraf etdi : “Buna ehtiyac yox idi”

29.03.2016, 18:20
Murad Karayılan etiraf etdi : “Buna ehtiyac yox idi”

Türkiyənin cənubi-şərqində başlayan və 5 min PKK-çının məhv edildiyi əməliyyatlar sona yaxınlaşır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əlində silahlı qalmayan və ağır zərbə alan PKK liderlərindən biri Murad Karayılandan tarixi etiraf gəlib.

Buna qədər şəhərlərin döyüş meydanına çevrilməsini müdafiə edən Murad Karayılan indi şəhərlərdə “xəndək strategiyası”nın səhv olduğunu söyləyib. “Şəhərlərdə bu səviyyədə bir döyüşün aparılmasına ehtiyac yox idi”, - o, deyib.

Karayılan PKK-nın daha əvvəllər olduğu kimi “çölə çəkiləcəyi” barədə siqnal verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol