Menu

Lerikdə güllələnmə hadisəsi baş verib

29.03.2016, 19:05
Lerikdə güllələnmə hadisəsi baş verib

Lerik rayonunda güllələnmə hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Livədirgə kənd sakini, 1998-ci il təvəllüdlü Elvin İzzət oğlu Zahidov sağ çiyin qurşağının dəlib keçən güllə yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində əməliyyat aparılaraq yarası təmizlənib.

Hazırda Lənkəran RXM-in Travmatologiya şöbəsinə keçirilən yaralının vəziyyəti normal qiymətləndirilir. E.Zahidov əlindəki ov silahı ilə ehtiyatsız davranışı səbəbindən güllə yarası aldığını açıqlayıb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol