Menu

Usubov deputatın qardaşına vəzifə verdi

30.03.2016, 00:40

ramilusubov68Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib. Axar.az xəbər verir ki, nazirin imzaladığı əmrə əsasən, millət vəkili Sahib Əliyevin qardaşı Bayram Əliyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini Hikmət Usubov tutub. H.Usubov az öncə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol