Menu

Sərhəddimiz yaxınlığında "polis karvanı" partladıldı

30.03.2016, 00:45
Sərhəddimiz yaxınlığında "polis karvanı" partladıldı

Dağıstanın Mahaçkala şəhəri yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanı partladılıb.Anspress-in məlumatına görə, naməlum şəxslər polis karvanını keçdiyi "Qafqaz" magistral yolunda iki partlayış törədib.

İlkin informasiyaya görə, hadisə nəticəsində bir nəfər həlak olub. Hadisənin baş verdiyi "Qafqaz" magistral yolu ilə Rusiya DİN-in Dağıstan Respublikası üzrə xidməti avtomobillərindən ibarət karvanı hərəkət edirmiş.

"Ural" zirehli maşını və "UAZ" avtomobili 13 nəfəri aparırmış. Hazırda ərazi polis tərəfindən nəzarətə götürülüb və araşdırmalar aparılır.

Avtomobil karvanı Mahaçkaladan Kaspiyskə gedirmiş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol