Xarici KİV-in məlumatına görə, Pentaqon hesab edir ki, Rusiya Avropada, o cümlədən, Baltikyanıda sabitliyi pozur (TASS).
«Rusiya Avropada, o cümlədən, Baltikyanıda stabilliyi pozmaqla məşğuldur» - bu iddia ilə çərşənbə axşamı Pentaqonun mətbuat katibi Piter Kuk elə həmin gün ABŞ və Estoniya müdafiə nazirləri Eşton Karter və Hannes Hanso arasında keçirilən görüş barədə danışarkən çıxış edib.
Kukun verdiyi xəbərə görə, Karter və Hanso «Avropada, o cümlədən, Baltikyanı bölgədə Rusiyanın pozucu fəaliyyətini və bu çalışmaların doğurduğu təhlükələrin qalması, bütün bunların narahatlıq doğurması məsələlərini müzakirə edib».
Ardınca, ABŞ və Estoniya müdafiə nazirləri bu ilin iyul ayında NATO-nun Varşavada keçiriləcək sammitinə hazırlığın gedişinə və alyans üzvlərinin döyüş hazırlığının artırılmasının vacibliyi məsələlərinə diqqət yetiriblər.
Bununla bağlı, Karter növbəti dəfə əmin edib ki, ABŞ Estoniyanın təhlükəsizliyinin təmin edilməsi məsələsində dəyişməz mövqeyini saxlayır. ABŞ silahlı qüvvələrinin Avropadakı son addımları, o cümlədən «qitədə birgə hərbi təlimlərin keçirilməsi qrafikinin sıxlığı» bunun əyani göstəricisi sayıla bilər.
Karter və Hanso bir sıra sahələrdə əməkdaşlığın möhkəmləndiriləcəyi barədə razılığa gəliblər. Detallarına varmadan, Kuk deyib ki, burada söhbət hər şeydən əvvəl kiberməkanda qarşılıqlı fəaliyyətdən və «hərbi-sənaye» sferasından gedir.
AzPolitika.info


Şərhlər