Menu

Maliyyəçi Mərkəzi Bankdan 5 suala cavab istəyir - SORĞU

30.03.2016, 14:36

qulu-1-1Maliyyəçi Qulu İbrahimli Mərkəzi Banka bir neçə sualla müraciət edib. O, özünün Feysbuk profilinə yerləşdirdiyi suallara Mərkəzi Bankdan cavab almaq üçün jurnalistlərdən kömək istəyib. Q.İbrahimli yazır ki, Mərkəzi Banka ünvanladığı 5 suala cavab verilərsə, 2015-ci ildə manatın 100% ucuzlaşmasının indiyədək bəhs edilməmiş əsas səbəbləri (neftin ucuzlaşmasından başqa) ilə bağlı məqaləsini yayımlayacaq.

Ekspertin Mərkəzi Banka ünvanladığı sualları təqdim edir, ümid edirik ki, MB rəsmiləri bu sualları “AzPolitika”nın sorğusu kimi qəbul edərək, cavablandıracaqlar:

1) Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, Azərbaycan Beynəlxalq Bankına onun maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün Mərkəzi Bankdan ayrılmış 3,0 milyard manatın aylar üzrə bölgüsü necədir (Hansı aylarda nə qədər verilib)?

2) Azərbaycan Dövlət Neft Şirkətinin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi üçün nəzərdə tutulmuş 1,8 milyard manat kreditin indiyədək nə qədəri verilib və onun aylar üzrə bölgüsü necə olub (hansı aylarda nə qədər verilib)? Bu krediti ARDNŞ-ə Mərkəzi Bank birbaşa özü, yoxsa başqa bir kommersiya bankı vasitəsilə verib? Nəzərdə tutulan məbləğ 1,8 milyard manatla yekunlaşır, yoxsa artırılıb?

3) Mərkəzi Bankın balansında "Ehtiyat kapitalı" maddəsi üzrə 30.11.2015-ci il, 31.12.2015-ci il və 29.02.2016-cı il tarixlərdə qalıq məbləğləri nə qədər olub? Qiymətli metalların və xarici valyuta sərvətlərinin yenidən qiymətləndirilməsindən yaranan mənfəət-zərər məbləğinin həmin tarixlərdəki qalığı nə qədər olub?

4) Dövlət Xəzinədarlığının 31.01.2015-ci il, 30.11.2015-ci il, 31.12.2015-ci il və 29.02.2016-cı il tarixlərə milli və xarici valyutada hesablarında qalıqları ayrılıqda nə qədər olub (İmtina edilərsə, hansı qanunvericiliyə əsasən olması)?

5) Mərkəzi Bankın 2015-ci il üçün illik maliyyə hesabatları ən geci hansı tarixdə yayımlanacaq?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol