Menu

13 ildir axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub

30.03.2016, 16:00
13 ildir axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub

“İnterpol” xətti ilə axtarışda olan və Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya olunub.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Akif Mövludə oğlu Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

A.Əmiraslanov bu ay Azərbaycana ekstradisiya olunub və 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib.

Əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol