Menu

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

14.03.2014, 15:58
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov cümə günü Türkiyənin Van şəhərində Türkiyə, İran və Azərbaycan xarici işlər nazirlərinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında Ukraynada baş verən hadisələrə münasibət bildirib.

TRT kanalının yaydığı məlumata görə, Məmmədyarov bildirib ki, qəbul edilən bütün qərarlar Ukrayna Konstitusiyası çərçivəsində olmalıdır. Nazir qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

“Azərbaycan üçün ərazi bütövlüyü məsələsi çox əhəmiyyətlidir”, deyə o qeyd edib.

Azərbaycanın Ukrayna hadisələri üzrə mövqeyi belədir: vəziyyət danışıqlar yolu ilə tənzimlənməlidir, ən qısa zamanda sabitlik bərpa edilməlidir, deyə nazir bildirib.(contact.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol