Menu

Azərbaycanın 2 bankının aktivləri hərracda satıldı

30.03.2016, 16:10
Azərbaycanın 2 bankının aktivləri hərracda satıldı

“Azərbaycan Kredit Bankı” ASC və “Eurobank” ASC-nin aktivlərinin hamısı açıq hərraca çıxarılıb. Bunu “APA-Economics”ə açıqlamasında bu banklara ləğvedici təyin olunan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu bildirib.

Onun sözlərinə görə, hərraca çıxarılan aktivlərin böyük bir hissəsi də artıq satılıb.

"Satışdan əldə olunan vəsait Mərkəzi Bankdakı xüsusi hesaba toplanılır. Bundan sonra isə əmanətçilərə proporsional faizlə paylanılır", - deyə N. Yusifoğlu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol