Menu

Dolların məzənnəsi 15 həftəlik minimuma enib

30.03.2016, 17:52
Dolların məzənnəsi 15 həftəlik minimuma enib

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi ilk dəfə olaraq 21 dekabr devalvasiyasındakı həddən (1,55 AZN/USD) aşağı enərək, sabah, martın 31-nə 1,5421 manat səviyyəsində müəyyən edilib.

"Report" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dollar üçün rəsmi məzənnəsinin maksimal həddi martın 11-də 1,6456 AZN/USD səviyyəsində qeydə alınıb. Və 20 gün ərzində AMB dolların məzənnəsini tarixi rekord həddən 0,1035 manat və ya 6,3% ucuzlaşdıraraq 15 həftəlik minimuma endirib.

"Report"un analitik qrupu dolların məzənnəsinin qlobal maliyyə və xammal bazarlarındakı müsbət konyunkturadan asılı olaraq bir qədər də azalacağını proqnozlaşdırır. Yaxın 2-3 ayda rəsmi məzənnənin 1,40-1,45 AZN/USD səviyyəsinə kimi geriləyəcəyi və bundan sonra AMB-nin manat intervensiyasına (dollar alışına) başlayacağı ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol