Menu

Kerri və Ərdoğan Vaşinqtonda qapalı görüş keçirəcək

30.03.2016, 20:07
Kerri və Ərdoğan Vaşinqtonda qapalı görüş keçirəcək

ABŞ dövlət katibi Con Kerri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Vaşinqtonda qapalı görüş keçirəcək.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

R.T.Ərdoğan ABŞ-a 31 mart - 1 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan nüvə sammitində iştirak etmək üçün gəlib.

Bir qədər öncə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Vaşinqtona səfər edərək, ABŞ administrasiyasının nümayəndələri ilə görüşmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol