Menu

Yerli mallar vergidən azad oluna bilər

30.03.2016, 22:51
Yerli mallar vergidən azad oluna bilər

“Bəzi yerli istehsal olan malların vergi rüsumundan azad olunması, vergi rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmişik”. «AzərTAc» xəbər verir ki, bu sözləri martın 30-da Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə “Gömrük islahatları, yeniliklər və perspektivlər” mövzusunda işgüzar görüşü zamanı DGK-nın sədri deyib.

TÜSİAB-ın sədri Yavuz Keleş Azərbaycan və Türkiyə arasında baş tutan uğurlu iqtisadi əməkdaşlıqdan bəhs edib və türk iş adamları üçün Azərbaycanda yaradılan əlverişli iqtisadi şəraitdən məmnunluğunu bildirib.

Y.Keleş Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən islahatların ölkə iqtisadiyyatına, həmçinin türk iş adamlarına müsbət təsirini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol