Menu

"Twitter"dən türk düşmənçiliyi - Ərdoğana qarşı qlobal əməliyyat + VİDEO

31.03.2016, 00:57
"Twitter"dən türk düşmənçiliyi - Ərdoğana qarşı qlobal əməliyyat + VİDEO

Türkiyə hökuməti Twitter sosial şəbəkəsini sifarişlə Rəcəb Tayyib Ərdoğana qarşı senzura tətbiq etməkdə günahlandırıb. APA TV xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Twitter-də yaradılmış “we love Erdoğan” (“Biz Ərdoğanı sevirik) heşteginin ləğv edilməsinə sərt münasibət bildirib.

Bəkir Bozdağ deyib ki, terror təşkilatları Twitter-dən istifadə etdikdə bu sosial şəbəkənin rəhbərliyi ölkələrin müdaxilə tələblərinə əməl etmir, bunu özünün sərbəstliyi əsaslandırır.

“Twitter-də soruşuram: kim təlimat verdi ki, “we love Erdoğan” heştegini ləğv etdiniz? Bir öləmi, şəxsmi, terror təşkilatımı, ya başqa birimi təlimat verdi? Azadlıq prinsipləri çərçivəsində “we love Erdoğan” mesajını yaymaq Twitter-in prinsiplərinə ziddirmi? Ziddirsə, hansı prinsipinə?”.

Bəkir Bozdağ deyib ki, Twitter-in son addımı Türkiyə prezidentinə qarşı qlobal əməliyyatın bir hissəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol