Menu

"Azərbaycana minnətdarıq" - Con Kerri

31.03.2016, 08:54
"Azərbaycana minnətdarıq" - Con Kerri

"Bizim üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz Əfqanıstanda sülhməramlı missiyaya verdiyi töhfəyə görə Azərbaycana minnətdarıq. Azərbaycan çox mürəkkəb regionda yerləşir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri çərşənbə günü Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən görüşün yekununda bildirib.

"Biz terrorçuluğa qarşı mübarizə, dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin həlli sahələrində əməkdaşlıq edirik", - deyə o bildirib.

Kerri İlham Əliyevə nüvə təhlükəsizliyi sammitində iştiraka və həm iqtisadiyyat, həm də regionun təhlükəsizliyi sahəsində əməkdaşlığa görə minnətdarlığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol