"Ali və Nino" mağazasının rəhbəri: "Mən heç yerə gedəsi deyiləm, çağırış vərəqəsi gələndə təbii ki, gedib söhbət edəcəm"

 "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bu barədə kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərili özü ANS PRESS-ə məlumat verib. O, qeyd edib ki, onun və işçisini zəng edərək İstintaq İdarəsinə çağırılıblar: “Bizə dedilər ki, bu barədə heç nə deməyəyik. Bizimlə çox kobud formada danışıdılar. Gələrsiz bilərsiz dedilər. Mən belə başa düdüm ki, Qanun nəşriyyatına olan hücumun davamıdır. Yəni belə çıxır ki, növbə bizə çatıb”.

Nigar Köçərli İstinataq gedəcəyi məsələsinə də aydınlıq gətirib: “Mən heç yerə gedəsi deyiləm. Çağırış gələndə təbii ki, gedib söhbət edəcəm. "Ali və Nino"da biz işimiz tatamilə düzgün qurulub. Qüsur yoxdur.Biz heç vaxt rüşvət ğdəmirik. Bütün vergiləri vaxtında ödəyirik. Bu bizim üçün gözlənilməz oldu”.