Menu

Rusiya prezidentinin saytı dağıdıldı

14.03.2014, 18:05
Rusiya prezidentinin saytı dağıdıldı

Xakerlər Rusiyanın bir neçə böyük internet resurslarını və o cümlədən də Rusiya prezidenti və Mərkəzi Bankın saytlarını gün ərzində dəfələrlə sıradan çıxarıblar. Kremldən bu məsələni Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitriy Peskov belə şərh edib:

“Bu istiqamətdə araşdırma apararaq, hücumun hansı ölkə ərazisindən təşkil edildiyini müəyyənləşdirmək mümkün olsa da, indiki mərhələdə bu mənasızdır. Ona görə ki, hücumların istənilən ərazidən edilməsi, məhz həmin ölkənin bu işdə maraqlı olmasını göstərmir. Kreml saytının qorunması üçün istənilən lazımı tədbirlər görülür”.

Belə güman edilir ki, kiber hücumlar Ukrayna ətrafındakı gərginlik fonunda Anonymous qrupunun üzvləri tərəfindən həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol