Menu

Ali Məhkəmənin hakimi vəkil Elçin Sadıqovdan şikayət edib

01.04.2016, 14:36
Ali Məhkəmənin hakimi vəkil Elçin Sadıqovdan şikayət edib

İntizam icraatına Vəkillər Kollegiyasının Rəyasət Heyətində baxılacaq

Ali Məhkəmənin hakimi Fərhad Kərimov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.

Bu barədə "Report"a vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə, bu gün intizam icraatına Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətində baxılacaq.

Qeyd edək ki, E.Sadıqov jurnalist Pərviz Həşimlinin hüquqlarını müdafiə edib. P.Həşimli martın 18-də Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla azadlığa buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol