Menu

“Prezident İlham Əliyevin ABŞ-a səfəri yeni mərhələdir” - Rza İbadov

01.04.2016, 14:39
“Prezident İlham Əliyevin ABŞ-a səfəri yeni mərhələdir” - Rza İbadov

“Azərbaycan–ABŞ münasibətlərinin istiləşməsi, yeni mərhələyə qədəm qoyması məni çox sevindirir”.

Strateq.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının keçmiş sədri, hazırda Londonda yaşayan Rza İbadov prezident İlham Əliyevin Vaşinqtonda keçirilən nüvə sammitində iştirakını şərh edərkən bildirib.

Rza İbadovun sözlərinə görə, bu səfər çox ciddi və lazımlı səfərdir. Sammit ərəfəsində Azərbaycan prezidentinin yüksək səviyyədə qarşılanması bu səfərin əhəmiyyətini göstərir.

“Bu gün də Azərbaycanın ABŞ-ın dəstəyinə ehtiyacı var. Cənub Qaz Dəhlizinə, TANAP-a çox böyük dəstək lazımdır”– deyən eks-deputatın sözlərinə görə 1994-cü ildə ABŞ-ın dəstəyi olmasaydı, Bakı-Ceyhan layihəsi həyata keçməzdi.

Deputatın sözlərinə görə, prezidentin bu səfərindən sonra narahatlıq yaradan digər bir məsələ – konqresmen Kristofer Smitin sanksiyalarla bağı layihəsi artıq aktullığını itirəcək: “Bu yeni mərhələdən istifadə edib Vaşinqtonda 907-ci düzəlişin ləğvi ilə məşğul olmaq, ciddi işləmək gərəkdir. Əlaqələri artırmaq lazımdır”.

R.İbadov hesab edir ki, Azərbaycanın Avropanın qaz təhlükəsizliyinin təminatçısı kimi mövqeyi güclənir: “Odur ki, bu əlaqələrdə Azərbycanın rolunun dəyərləndirilməsi çox mühüm məsələdir. Bilirisiniz ki, Avropa özünün Rusiyanın qaz təminatından asılılığını aradan qaldırmaq istəyir. Burada Azərbaycanın bir oyunçuya çevrilməsi çox mühümdür. Buna zaman lazım olacaq. Yəqin, 2-3 ildən sonra Azərbaycan Avropanın qaz təminatında öz sözünü deyəcək bir dövlətə çevriləcək”.

Eks-deputatın fikrincə, səfərdən istifadə edib Azərbaycan – ABŞ münasibətlərinin inkişafında çox ciddi addımlar atmaq, əlaqələri inkişaf etdirmək lazımdır: “Bü baxımdan cənab prezidentin ABŞ-a səfəri çox ciddi səfərdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol