Menu

Bakıda vəzifə saxtakarlığına görə axtarışa verilmiş şəxs saxlanılıb

01.04.2016, 15:34
Bakıda vəzifə saxtakarlığına görə axtarışa verilmiş şəxs saxlanılıb

Bakıda vəzifə saxtakarlığına görə axtarışda olan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əliş Qaçay oğlu Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 32-ci (cinayət iştirakçılığı) maddələri ilə ittiham olunub.

Bu ilin yanvarın 27-dən axtarışda olan Ə.Vəliyev hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində mart ayında saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol