Menu

ATƏT jurnalist Rasim Əliyevin qətli ilə bağlı məhkəmə qərarını alqışlayıb

01.04.2016, 23:07
ATƏT jurnalist Rasim Əliyevin qətli ilə bağlı məhkəmə qərarını alqışlayıb

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərə verilmiş hökmü alqışladığı barədə bəyanatla çıxış edib.

APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, Miyatoviç həmçinin bir sıra jurnalist, insan haqları müdafiəçilərinin prezidentin 17 mart tarixli əfv fərmanı ilə azadlığa buraxılmasını da müsbət qiymətləndirdiyini bəyan edib.

Miyatoviç rəhbərlik etdiyi qurumun media azadlığı və jurnalistlərin təhlükəsizliyi istiqamətində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol