Xarici KİV-lər məlumat verirlər ki, 2015-ci ilin yekunlarına görə, Rusiya Avropa İttifaqının «üç nəhəng» ticarət tərəfdaşı siyahısını tərk edib. Məlumatı Avrostat yayıb (Lenta.ru).
Rusiya 210 milyardlıq əmtəə dövriyyəsi ilə dördüncü yerdə qərarlaşıb. Üçüncü pillədə İsveçrə (253 milyard dollar), ikinci yerdə ÇİN (531 milyard dollar), birinci yerdə isə ABŞ (619 milyard dollar) dayanıb.
Federal gömrük xidmətinin (FGX) məlumatına görə, Rusiyanın xarici ticarət dövriyyəsi 2015-ci ildə 530,4 milyard dollar təşkil edib. Ötən bir ilə ərzində bu göstərici 33,2 faiz azalıb.
İxrac 31,1 faiz enərək, 345,9 milyard dollara düşüb. İxracın əsasını yanacaq-energetika məhsulları təşkil edib - bu sektorun ümumi ixrac həcmindəki payı 66,4 faiz təşkil edib.
İdxal 184,5 milyard dollara enib (minus 36,7 faiz). İl ərzində Rusiya ən çox maşın və avadanlıqlar alıb (48,0 faiz).
Avropa İttifaqı (Aİ) Rusiya üçün aparıcı tərəfdaş sayılır. FGX-nin verdiyi məlumata görə, ötən il Rusiyanın əmtəə dövriyyəsinin 44,8 faizi Avropa İttifaqının payına düşüb. Bu zaman, Çinlə həmin göstərici 63,6 milyard dollar, Almaniya ilə 45,8 milyard dollar, Niderlandla 43,9 milyard dollar, İtaliya ilə 30,6 milyard dollar, Türkiyə ilə 23,4 milyard dollar, Yaponiya ilə 21,3 milyard dollar, ABŞ-la 20,9 milyard dollar təşkil edib.
AzPolitika.info


Şərhlər