Yaxın günlərdə Xarkovda stabilliyin pozulması istiqamətində təxribatın olması mümkündür. Bu sözləri Xarkov şəhər vilayətinin rəhbəri İqor Baluta keçirdiyi brifinqdə söyləyib. İqor Baluta daha sonra deyib:
”Qayda-qanunun təmin edilməsi üçün bütün vacib tədbirlər görülür. Bu istiqamətdə Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər orqanları, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri lazımı işləri görür. Biz Xarkov sakinlərini sakit olmağa və təxribata uymayaraq kütləvi tədbirlərə qatılmamaga səsləyirik.”
Onu da qeyd edək ki, 8 mart tarixində Xarkovun “Azadlıq”meydanında ruspərəstlərin mitinqində ölkədə federal dövlət yaratmaq çağırışları olmuşdu.
V.Nəsibov


Şərhlər