Menu

Sərkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

02.04.2016, 15:17
Sərkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ermənistan prezidenti Serj Sərkisyan bu gün axşam Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu barədə Ermənistan mənbələri xəbər yayıblar.

İclasın gündəliyinə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş verən hərbi əməliyyatlar və bununla bağlı məsələlər daxil edilib.

Xatırtladaq ki, Ermənistan Silahlı Qüvvələri aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində atəşkəs rejimini pozublar. Onlar iriçaplı pulemyotlardan və minaatanlardan kəndlərimizi atəşə tutublar. Nəticədə Azərbaycanın 1 mülki vətəndaşı ölüb, 1 nəfər isə ayaqlarını itirib. Ayaqlarını itirən şəxs xəstəxanaya aparılarkən Ambulans yolda qəzaya düşüb. Ermənilərin atdığı mərmi nəticəsində yaralanan gənc həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol