Menu

Pakistandan da dəstək gəldi - "Yardım etməyə hazırıq"

03.04.2016, 12:24
Pakistandan da dəstək gəldi - "Yardım etməyə hazırıq"

Pakistan Ermənistanla münaqişədə Azərbaycana yardım etməyə hazırdır."Report" xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin Facebook-dakı rəsmi səhifəsində bildirilib.

"Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur", - bəyanatda deyilir.

Eyni zamanda, MN-in Facebook səhifəsi Azərbaycan və onun Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün örtük şəklinə Azərbaycanın dövlət bayrağını yerləşdirib.

Xatırladaq ki, Pakistan Ermənistanı dövlət kimi tanımır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol