Menu

Şəhid hərbçilərimiz dəfn olunur -VİDEO- FOTOLAR- Yenilənir

03.04.2016, 14:38
Şəhid hərbçilərimiz dəfn olunur -VİDEO- FOTOLAR- Yenilənir

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alınarkən şiddətli döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, Cəbrayıl rayonunun Veysəlli kəndindən məcburi köçkün, 22 yaşlı Ruhin Əşrəf oğlu Qəhrəmanov bu gün Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində dəfn olunub. APA-nın cənub bürosunun məlumatına görə, rayonun icra strukturlarının və ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin, şəhidin doğmalarının iştirak etdikləri vida mərasimində ailənin başçısı Əşrəf Qəhrəmanovun Qarabağ veteranı olduğu, iki oğlunun –Qəhrəman və Ruhinin ötən ilin noyabrından müddətdən artıq hərbi xidmət etdiyi bildirilib.

Şəhidin dəfni zamanı onun tabutuna çəkilmiş üçrəngli bayraq hərbçi qardaşı Qəhrəmana təqdim olunub.

Cəbəhənin Füzuli istiqamətində şəhid olan Azərbaycan ordusunun giziri dəfn olunub.

"Report"un məlumatına görə, Nicat Bəhruz oğlu İsgəndərov Tərtər şəhər qəbiristanlığında torpağa tapşıtılıb.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyət nümayəndələri iştirak edib.

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 20 Orxan Əliyev dəfn olunub.APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhid doğulduğu Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri və şəhidin hərbçi yoldaşları iştirak edib.

Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilib.  APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Samir Kaçayevin nəşi Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

 Qeyd edək ki, şəhid Samir Kaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. O, bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı.

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan  Nurayev dəfn olunub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol