Menu

"Hər kəs Cəmil Həsənliyə dəstək olmalıdır"- Aslan İsmayılov

20.09.2013, 20:49
"Hər kəs Cəmil Həsənliyə dəstək olmalıdır"- Aslan İsmayılov

"Vətənini, Dövlətini, Millətini sevən hər bir Vətəndaşdan bu mübarizəyə qoşulmasını xahiş edirəm!"

Tanınmış vəkil Aslan İsmayılov Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəklədiyi ilə bağlı öz "facebook" səhifəsində bəyanat yayıb. Bəyanatı diqqətinizə çatdırırıq: "Əziz Həmvətənlərim! Bu günə qədər siyasətdən uzaq durmağa çalışmışam, bundan sonra da belə olacaq, heç vaxt heç kimin komandasında olmamışam və olmaq fikrim də yoxdur! Vəzifə düşkünü olmamışam və bundan sonra da hər hansı vəzifə tutmaq fikrim yoxdur! Dünən axşam İTV-də baş verənlərlə bağlı vətəndaş mövqeyimi Sizlərə çatdırmaqla bölüşmənizi xahiş edirəm. İTV ekranından hamımızın ailəmizlə birlikdə şahidi olduğumuz biabırçılıq tək Cəmil Həsənliyə, müxalifətə deyil bütövlükdə Azərbaycan Xalqına olan hörmətsizlik, saymamazlıq və onsuz da zədələnmiş milli-əxlaqi dəyərlərimizin məhv edilməsidir. Bolşeviklərin qələbəsindən sonra da hakimiyyətə bu gün bizim hakimiyyəti təmsil edənlər kimi savadsız "Maksimlər" gəldi. Ancaq bu gün hakimiyyətdəkilərdən fərqli olaraq onlar Vətənini, Millətini sevirdilər, bunlar isə nəinki Bizləri sevmir, Bizlərə qul kimi baxırlar, Bizlərə nifrət edirlər! Belə həlledici məqamda bir vətəndaş olaraq Prezident seçkilərində Cəmil Həsənliyə dəstək vermək qərarına gəldim və Vətənini, Dövlətini, Millətini sevən hər bir Vətəndaşdan bu mübarizəyə qoşulmasını xahiş edirəm! Əks halda bu gün Şimali Koreya vətəndaşlarının yaşadığı günləri yaşayacayıq! P.S. Bu günə qədər şəxsən mənə qarşı çoxlu haqsızlıqlar olmuşdur. Heç vaxt özümə qarşı olanları ictimai mühüm məsələlərə qatmamışam. Bu gün də elədir. Bu qərarım əsla şəxsən mənə qarşı olmuş haqsızlıqlarla bağlı deyil".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol