Menu

Dağlıq Qarabağ «səfərbərlik» aparır? - Həyasızlığın zirvəsi!

04.04.2016, 10:38
Dağlıq Qarabağ «səfərbərlik» aparır? - Həyasızlığın zirvəsi!

Rusiya KİV-nin yaydığı məlumata görə, Dağlıq Qarabağın separatçı hakimiyyəti ərazidə yaşayan əhali arasında qismən səfərbərlik aparır. Xəbərlərdə bildirilir ki, «səfərbər» edilmişlərin bir çoxu artıq döyüş bölgələrinə göndərilib. «Exo Moskvı» xəbər verir ki, onlardan təxminən 1000 nəfəri hərbi hissələrə yerləşdirilib.

Əslində isə vəziyyət kökündən fərqlidir. Ötən iki gün ərzində elə həmin Rusiya KİV-nin yaydığı məlumatlarda bildirilirdi ki, Ağdərə istiqamətindəki yaşayış məntəqələrindən ermənilər kütləvi surətdə qaçırlar. Amma separatçı rejim Əsgəran rayonunun girişində post qurub, qaçqınları saxlayır və zorla döyüş bölgələrinə yollayır.

Digər tərəfdən isə xəbər verilirdi (hətta görüntülər yayımlanırdı) ki, Ermənistandan Dağlıq Qarabağa ağır döyüş texnikası (tanklar, PDM-lər, raket qurğuları və s.) göndərilir. Deməli, əslində ermənilərin «səfərbər edilmiş» adlandırdığı və döyüş bölgələrinə yerləşdirdiyi həmin kontingent qismən «qaçqın»lardan, qismən də Ermənistan Respublikasının hərbi qulluqçularından ibarətdir. Bu da bir daha sübut edir ki, əvvəllər olduğu kimi, indi də Azərbaycanın işğal altında saxlanan ərazilərində Azərbaycana qarşı vuruşan Ermənistanın ordu birləşmələridir...

Daha maraqlısı isə odur ki, işğalçı Ermənistan bu dəfə Azərbaycan ordusunun gücünü görüb, hakimiyyətinin qətiyyətinə əmin olan kimi, beynəlxalq birlikdən təcili kömək istəyib. Buna, «həyasızlığın zirvəsi» deyərlər - işğalçı işğalı davam etdirmək üçün beynəlxalq birlikdən kömək istəyir, özü də təcili! Faşizmdən daha idbar «ermənizm»in mahiyyəti bax, bundan ibarətdir...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol