Menu

Metroda köşklərin boşaldılmasına başlandı -Video

15.03.2014, 20:10
Metroda köşklərin boşaldılmasına başlandı -Video

Martın 15-dən Bakı metropoliteninin «Koroğlu» stansiyasındakı ticarət köşklərinin yığışdırılmasına başlanıb.Bu barədə Azadlıq Radiosuna həmin obyektləri işlədənlər məlumat veriblər.

Satıcıların dediyinə görə, səhər tezdən metropoliten rəhbərliyi onlara obyektləri günün sonuna qədər təhvil verməyi tapşırıb: «Bir neçə dükan tam boşaldılıb. Qalan satıcılar da axşam saat 6-dək mallarını satıb qurtarmağa çalışır».

Xəbərdarlıqdan sonra satıcılar malların qiymətinə endirim ediblər.

Strukturu və rəhbərliyi dəyişəndən sonra Bakı Metropoliteninin ərazisindəki ticarət obyektlərinin sökülməsinə qərar verilib. Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib.

Bu qərarla razılaşmayan metro ticarətçiləri «Elmlər Akademiyası» qarşısında iki dəfə aksiyaya cəhd ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol