Menu

Məhv edilən erməni zabitlərin bəzilərinin adları açıqlanıb

05.04.2016, 11:00
Məhv edilən erməni zabitlərin bəzilərinin adları açıqlanıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin təmas xəttində zərərsizləşdirilən Ermənistan Silahlı Qüvvələrinin daha 3 hərbi qulluqçusunun adı açıqlanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətuat katibi Artsrun Ovannisyan "facebook" səhifəsində yazıb.

Həmin hərbi qulluqçular bunlardır: Mayor Torosyan Ayk Vaqanoviç (1985-ci ildə anadan olub), baş leytenant Stepanyan Merujan Arturoviç (1993), kiçik çavuş İskandaryan Ruben Aşotoviç (1993).

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ötən gün Azərbaycan ərazisində zərərsizləşdirilən 7 hərbçisinin adını açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol