Menu

Partladılan avtobusda ölən ermənilərin sayı 7-yə çatıb

05.04.2016, 11:11
Partladılan avtobusda ölən ermənilərin sayı 7-yə çatıb

Azərbaycanın pilotsuz uçan döyüş aparatının aprelin 4-də axşam “Yerkrapa” yarımhərbi təşkilatından olan erməni könüllülərini cəbhəyə gətirən avtobusa endirdiyi zərbə nəticəsində ölənlərin sayı 7-yə çatıb.

"AzPolitika" xəbər verir ki, bu barədə erməni saytları Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıblar.

Xatırladaq ki, hadisə cəbhə xəttinin şimal – Mardakert istiqamətində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol