Rusiya KİV-nin yaydığı məlumata görə, LifeNews telekanalının əməkdaşları Azərbaycandan çıxarılıb (TASS).
Bu barədə məlumatı Azərbaycan xarici işlər nazirliyi mətbuat xidmətinin başçısı Hikmət Hacıyev verib.
H.Hacıyevin sözlərinə görə, «LifeNews» telekanalının əməkdaşları Azərbaycan ərazisində akkreditə olunmadan fəaliyyət göstərməklə yanaşı, real vəziyyəti təhrif edərək, bölgədə baş verənlərlə bağlı qeyri-obyektiv informasiyalar yaymaqla məşğul olublar.
«Azərbaycan tərəfinin onlara xoş məram nümayiş etdirməsinə baxmayaraq, telekanalın nümayəndələri öz pozucu fəaliyyətləini davam etdiriblər. Bütün bunları nəzərə alaraq, onların Azərbaycan ərazisində yerləşməsi məqsədəuyğun hesab edilməyib» - deyə, nazirliyin mətbuat xidmətinin başçısı qeyd edib.
Əlavə edək ki, son hadisələrlə bağlı Rusiya KİV-nin bir çoxu Azərbaycana qarşı qərəzli fəaliyyəti ilə diqqəti cəlb edir. «LifeNews» telekanalı da bu sıradandır. Sıraya «Lenta.ru» xəbər portalını, «Sputnik» agentliyini və digərlərini də əlavə etmək lazımdır. Bu KİV-in davranışı son günlər Qarabağda baş verən qanlı olaylara onların əvvəlcədən hazırlıqlı olduğunu və Azərbaycana qarşı qərəzli mövqedə dayandıqlarını əyani şəkildə ortaya qoyur.
AzPolitika.info


Şərhlər