Menu

İran prezidenti Kəmaləddin Heydərovu  qəbul etdi (FOTO)

16.03.2014, 00:49
İran prezidenti Kəmaləddin Heydərovu  qəbul etdi (FOTO)

Həsən Ruhani: "İran Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir"

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Tehranda səfərdədir.

İran Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə İran arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən İran dövlətinin başçısı deyib ki, onun ölkəsi qonşu dövlətlər, o cümlədən Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırıb, prezidentlərin səylərinin ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə töhfə verdiyini deyib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak edib.(ANS PRESS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol