Cəbhə xəttinin Tərtər rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, baş leytenant Rəşid Rövşən oğlu Mehdiyevin cənazəsi Salyan rayonun Xalac Kəndinə gətirilib. “Report”un məlumatına görə, şəhid Xalac kəndində torpağına tapşırılıb. Mərasimdə rayon rəsmiləri, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti və rayon ictimaiyyəti iştirak edib. Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.


Şərhlər