Menu

Masallı Rayon İcra Hakimiyyəti cəbhədə yaralananların adlarını açıqladı - SİYAHI

05.04.2016, 19:50

esger-tecili-yardimdaMasallı Rayon İcra Hakimiyyəti aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şücayət göstərərək yaralanan yerli sakinlərlə bağlı rəsmi məlumat yayıb.

İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, həmin hərbçilər 3 nəfərdir və onlar aşağıdakılardır.

Mansur Qurban oğlu Quliyev

5 dekabr 1993-cü ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 2015-ci ilin iyun ayında Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanıb.

Şamxal Əlövsət oğlu Orucov

18 aprel 1997-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 20 aprel 2015-ci il tarixdə Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanıb.

Pərvin Fəxrəddin oğlu Fətullayev

22 dekabr 1996-cı ildə Masallı rayonunun Nəzəroba kəndində anadan olub. 2015-ci ilin yanvar ayında Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol