Menu

Gəncə-Naxçıvan aviareysinin qiyməti bahalaşdı

05.04.2016, 23:01
Gəncə-Naxçıvan aviareysinin qiyməti bahalaşdı

Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib.

Şuradan "APA-Economics"ə verilən məlumata görə, bu qəraradək tarifin yuxarı həddi 39 manat idi.

Tariflər 2016-cı il 6 aprel tarixindən qüvvəyə minəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol