Menu

Moskva Minsk Qrupunun formatının dəyişilməsinin əleyhinədir

06.04.2016, 10:07

rusiyaRusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir və onların rolunu pozmaq cəhdlərinin səmərəsiz olduğunu hesab edir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“ATƏT və BMT TŞ-nin qərarlarında təsdiqini tapmış Üçlük formatı ən təsirlisidir və korrektəyə ehtiyacı yoxdur. Hesab edirəm ki, mürəkkəb nizamlanma proseslərini daha da çətinləşdirəcək bu cəhdlər tamamilə səmərəsizdir”, - deyə diplomat bildirib.

“Əminik ki, kompromisli qərarın irəliləməsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köməyinə gərək var. Vasitəçi səylərin səmərəliliyi isə, hər şeydən əvvəl, münaqişə tərəflərinin özlərindən, masa arxasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün onlarda siyasi iradənin olmasından asılıdır”, - deyə Lukaşeviç bildirib.

O, əlavə edib ki, gücdən istifadə sülh dialoquna istənilən halda alternativ ola bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol