"Şübhə etmirəm ki, vergi orqanları II rübün proqnozunu yerinə yetirəcək”. Bunu report.az-ın məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov qeyd edib ki, ikinci rübün müvafiq proqnozu 1,569 mlrd. manatdır: “Vəziyyət yaxşılaşmağa doğru gedir. Ona görə də düşünürəm ki, biz proqnoza əməl edəcəyik”.
Nazir müavini bu il ləğv edilən müəssisələrin sayını da açıqlayıb: “Bu ilin yanvar-fevral aylarında ölkə üzrə 22 859 vergi ödəyicisi qeydiyyata alınıb ki, onlardan 1 437-si hüquqi, 21 422-si fiziki şəxslərdir. Qeyd edilən dövrdə 5 337 vergi ödəyicisi ləğv edilib, 21 598-i isə fəaliyyətini dayandırıb. Eyni zamanda, 10 474 vergi ödəyicisi fəaliyyətini bərpa edib”.

Şərhlər