Menu

Mərkəzi Bankda müvəqqəti təyinat

06.04.2016, 17:35

merkezi_banAzərbaycan Mərkəzi Bankının (AMB) Bazar əməliyyatları departamentinə müvəqqəti direktor təyin edilib.

AMB-dən fins.az-a verilən məlumata görə, bu vəzifə indiyə qədər həmin departamentdə müavin işləmiş Əli Əhmədova həvalə olunub.

Xatırladaq ki, Bazar əməliyyatları departamentinin sabiq direktoru Nigar Məmmədova prezident İlham Əliyevin martın 29-da imzaladığı sərəncamla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədr müavini təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol