Menu

Böyük yeddilər Rusiyasız sammit keçirməyə hazırlaşır

16.03.2014, 12:38
Böyük yeddilər Rusiyasız sammit keçirməyə hazırlaşır

Böyük yeddilik ölkələri artıq Rusiyanın iştirakı olmadan növbəti sammiti keçirməyə hazırlaşırlar.ANS PRESS-in məlumatına görə bu barədə "Ukranskaya pravda" qəzeti məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, böyük yeddilik ölkələrinin dövlət başçıları artıq sammitin keçiriliməsi üçün Soçinin yerinə başqa şəhər axtarışına çıxıblar.

Nəşrin yaydığı məlumatda qeyd olunub ki, sammitin Soçidə baş tutmaması, gələcəkdə Rusiyanın böyük səkkizliyə üzv məsələsini sual altında qoya bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol