Menu

Cəbhədə daha bir erməni öldürüldü

07.04.2016, 09:54
Cəbhədə daha bir erməni öldürüldü

Armen Qasparyan orduda müqavilə ilə xidmət edib.

Cəbhə xəttində daha bir erməni öldürülüb. Anspress-in erməni syaatlarına istinadla verdiyi məlumata görə, o, ötən gün saat 18 radələrində təmas xəttində ölüb.

Ölən Armen Qasparyan (1974-cü il) müqavilə əsasında erməni ordusunda xidmət edib.

Ötən gecə Ermənistan silahlı qüvvələrinin işağl etdiyi Azərbaycanın Kəbəcər rayonunda da iki erməni hərbçisi məhv edilmişdi.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib ki, ölən hərbçilər Suren Arturoviç Aramyan (1997-ci il) və Qriqor Germinoviç Avetisyandır.

Cəbhə xəttində gərginlik aprelin 2-dən etibarən başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol