Menu

Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib

07.04.2016, 10:41
Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib. Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi "facebook" səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, "facebook" sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

"Facebook" istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol