Menu

Xarkovda 25 kütləvi aksiya iştirakçısı həbs edildi

16.03.2014, 14:32
Xarkovda 25 kütləvi aksiya iştirakçısı həbs edildi

Məhkəmə martın 15-də Xarkovda kütləvi iğtişaşlar zamanı iki nəfərin ölümü ilə əlaqədar təqsirləndirilən 27 aksiya işirakçısından 25 –ni həbs edib. Anspress-in məlumatına görə, bu barədə Ukrayna DİN mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirlib ki, Rımarskoy küçəsində baş vermiş dava zamanı iki nəfər həlak olub, beş nəfər, o cümlədən bir polis əməkdaşı yaralanıb.

"Xarkov şəhərinin rayon məhkəməsi 25 nəfərin inzibati həbsi barədə qərar çıxarıb. Onlar müvəqqəti saxlanma təcridxanasında qalacaqlar.Daha iki nəfər barəsində materialların müzakirəsi gedir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol