Menu

Dollar 1,52 manatı keçdi

07.04.2016, 14:51
Dollar 1,52 manatı keçdi

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Dövlət Neft Fondu (ARDNF) ilə keçirdiyi valyuta hərracında ABŞ dolları banklara rəsmi məzənnədən baha satılıb. Bu barədə fins.az bank sektorundakı mənbədən bildirilib. Məlumata görə, banklar valyutanı 1,523 manatdan alıblar. Xatırladaq ki, hərraca 50 milyon dollar çıxarılıb. Bankların tələbatının bundan çox olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol