Menu

"Bəzi hərbçilərin hər iki ayağı amputasiya edilib" - ​Ermənistandan yarımçıq etiraf

07.04.2016, 17:29
"Bəzi hərbçilərin hər iki ayağı amputasiya edilib" - ​Ermənistandan yarımçıq etiraf

Ermənistan Müdafiə Nazirliyinin Yerevandakı mərkəzi klinikasında hazırda 32 yaralı müalicə olunur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyi Səhiyyə İdarəsinin rəisi, polkovnik Kamo Xaçaturyan etiraf edib.

Onun sözlərinə görə, klinikada bir qayda olaraq orta, orta-ağır və ağır yaralılar müalicə olunur: "Bu günədək 4 hərbçinin ətrafı amputasiya edilib. Bəzi hərbçilərin hər iki ayağı kəsilib".

Kamo Xaçaturyan yaralıların sayını açıqlamadan əlavə edib: "Yaralıların qalanı Ermənistan qarnizonlarının hospitallarında yerləşdiriliblər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol